10 Aprel 2020, Cümə

Yanvarın 31-də Kiyevdə Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın 12-ci iclası keçirilib.

İclas çərçivəsində “Lvov Vilayəti Dövlət Administrasiyası (Ukrayna) və Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) arasında əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Sazişi Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti adından ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev və Ukrayna tərəfdən Lvov Vilayəti Dövlət Administrasiyası adından isə bu ­ölkənin Azərbaycandakı səfiri Vladislav Kanevski imzalayıb.
Sazişdə Naxçıvan və Lvov arasında iqtisadiyyat, ticarət, səhiyyə, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin Naxçıvan
Muxtar Respublikasındakı İdarəsi

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR