09 Aprel 2020, Cümə axşamı

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri və sahibkarlardan ibarət nümayəndə heyəti də iştirak edib.

Tədbirdə “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Anar Əsədullayev çıxış edib. Qeyd olunub ki, muxtar respublika iqtisadiyyatında həyata keçirilən sistemli tədbirlərin nəticəsində sahibkarlar üçün münbit şərait yaranmış, qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar davamlı inkişafı təmin etmişdir. Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafının iqtisadi siyasətin prioriteti olduğunu qeyd edən müəssisənin direktoru, ümumi daxili məhsulda özəl bölmənin payının artaraq 88 faizə çatdığını, məşğul əhalinin isə 84 faizə yaxınının özəl sektorda çalışdığını, sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının 98 faizinin, ticarət və ictimai iaşə xidmətinin 100 faizinin özəl bölmənin payına düşdüyünü diqqətə çatdırıb.
2019-cu ilin sonunda “Naxçıvan Duz İstehsalı” MMC-də yeni şaxtanın tikintisinə başlanıldığını, müasir istehsal sahəsinin qurulması nəticəsində müəssisənin fəaliyyətinin genişlənəcəyini, yeni iş yerlərinin açılacağını, Naxçıvan duzunun daha keyfiyyətli formada istehsal ediləcəyini və məhsulların ixrac potensialının artacağını qeyd edən Anar Əsədullayev Naxçıvan duzuna olan tələbatın günbəgün artdığını və Bərdə şəhərində müəssisənin bazasının yaradıldığını söyləyib. Çıxışda müəssisədə xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunduğunu, əvvəllər 8 çeşiddə məhsul istehsal edilirdisə, həyata keçirilmiş tədbirlər nəticəsində məhsul çeşidinin sayının 18-ə çatdırıldığı qeyd olunub.
Sonda “Naxçıvan Duz İstehsalı” MMC-nin icraçı direktoru Anar Əsədullayev muxtar respublika sahibkarları adından Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR