07 Aprel 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 6 noyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 9-24 yanvar 2020-ci il tarixlərdə keçirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na müvafiq olaraq müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış muxtar respublikada yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak ediblər.

229 vakant vəzifə çıxarılmış müsabiqəyə 130 vəzifənin tutulması üçün 283 nəfər sənəd təqdim etmişdi. Test imtahanlarında 266 namizəd iştirak edib, 131 nəfər müvafiq keçid balını toplayıb.
Ən çox müsabiqə vəziyyəti İbtidai sinif müəllimliyi (44), İnformatika (38), İngilis dili (33), Azərbaycan dili (29) və Fiziki tərbiyə (29) ixtisasları üzrə qeydiyyata alınmışdı.
Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla, 80 sual təqdim edilib, namizədlərə test suallarını cavablandırmaq üçün 120 dəqiqə vaxt verilib.
Qanunvericiliyə əsasən stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 55 faizini (44 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (60 bal), təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində müəllim işləmək üçün test tapşırıqlarının 50 faizini (40 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab ediliblər. Vakant vəzifənin tutulması üçün müvafiq keçid balını toplamış namizədlərin sənədləri təyinat üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndəriləcəkdir.
Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra iştirakçılara nəticəyə dair arayış təqdim edilib. Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR