26 Sentyabr 2020, Şənbə

2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Şahbuz Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Rəfael Babayev açaraq bildirib ki, ötən il rayonda quruculuq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilib, Şahbuz şəhərində Mədəniyyət Sarayı və Aviakassanın inzibati binası istifadəyə verilib. Badamlı qəsəbəsində abadlıq işləri aparılıb, yeni xidmət mərkəzi, Türkeş kəndində 66 yerlik məktəb binası, kənd və xidmət mərkəzləri, 343 hektar ərazinin suvarılmasını təmin edən qapalı suvarma şəbəkəsi, Badamlı kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən aprel döyüşlərində sağlamlığını itirən Vahid Hüseynov  üçün yaşayış evi tikilib, 4,2 km Sələsüz-Türkeş avtomobil yolu əsaslı şəkildə yenidən qurulub, 5,4 km Sələsüz-Badamlı qəsəbə yolu genişləndirilərək eni 10 metrə çatdırılıb, üzərində iki körpü əsaslı şəkildə yenidən qurulub, asfalt örtük salınaraq istifadəyə verilib. Hazırda Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular zavodunun, Ağbulaq kəndində Xizək Mərkəzinin və Şahbuz şəhərində çoxmənzilli yaşayış binasının tikintisi işləri sürətlə davam etdirilir. Kolanı, Aşağı Qışlaq, Sələsüz və Mahmudoba kəndlərində mərasim evləri istifadəyə verilib, Kükü, Keçili və Badamlı kəndlərində isə mərasim evlərinin tikintisində son tamamlama işləri görülür.

Qeyd olunub ki, ötən ilin məhsulu üçün 1831 hektar sahədə dənli və dənli paxlalı, o cümlədən 1387 hektar sahədə buğda, 229 hektar sahədə arpa, 215 hektarda isə paxlalıların əkini həyata keçirilib. Bundan əlavə, 1 hektar sahədə qarğıdalı, 6 hektarda günəbaxan, 434 hektar sahədə kartof, 160 hektarda tərəvəz, 9 hektar sahədə bostan bitkilərinin əkini aparılıb. Rayon üzrə 4437 ton taxıl, 660 ton paxlalılar, 4,7 ton qarğıdalı, 15 ton günəbaxan, 7573 ton  kartof, 1878 ton tərəvəz, 87 ton bostan məhsulları, 8026 ton meyvə, 176 ton üzüm tədarük edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq dənli və dənli-paxlalılarda 0,3, qarğıdalıda 2,2,  kartofda 0,1 faiz çox olub. Hesabat dövründə iməciliklər vasitəsilə 17,1 hektar sahədə 12048 meyvə, 5436 üzüm tingi əkilməklə yeni bağlar salınıb, 1,4 hektar sahəyə bərpa məqsədilə 740 meyvə tingi əkilib. 

Bildirilib ki, 2019-cu ildə təsərrüfatlarını daha da genişləndirmək üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 21 ailə təsərrüfatına 195 min 200 manat güzəştli şərtlərlə kreditlər verilib. Sahibkarlığa göstərilən qayğının nəticəsidir ki, rayonda 364 fiziki, 60 hüquqi şəxsin fəaliyyəti üçün münbit şərait yaradılıb.

Vurğulanıb ki, bəhs olunan dövrdə nəqliyyatın normal hərəkətinin təmin edilməsi məqsədilə 29 marşrut üzrə 34 avtobus və 27 taksi vasitəsilə 4 milyon 343 min 300 nəfər xidmətlə təmin olunub. İl ərzində 2 milyon 128 min 200 manatlıq informasiya və rabitə xidməti göstərilib, 96 yeni telefon nömrəsi istifadəyə verilib. Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemindəki xətlərə baxış keçirilib, lazımi yerlərdə təmir işləri aparılıb. Rayon əhalisinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədilə müvafiq işlər görülüb, 4893 abonentə xidmət göstərilib

Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, 2019-cu ildə rayonda içməli su və kanalizasiya xəttinin çəkilişi davam etdirilib, Heydərabad qəsəbəsində 48 mənzilli yaşayış binası və ətraf mühitin mühafizəsi məqsədi ilə monitorinq laboratoriyası istifadəyə verilib. Rayondakı Mərkəzi stadion əsaslı təmir edilərək gənclərin ixtiyarına verilib. Hazırda Sədərək kəndində hər biri 185 kvadratmetr olan 2 mərasim zalı, qazanxana və mətbəxlə birlikdə ümumi sahəsi 525 kvadratmetr olan mərasim evinin tikintisi davam etdirilir.

Qeyd edilib ki, 2019-cu ilin yaz-payız əkinlərinə görə 580 nəfər torpaq mülkiyyətçisinə 2247 hektar əkin üçün 337 min 50 manat dəyərində 505 min 180 kiloqram güzəştli şərtlərlə gübrə paylanılıb, 613 nəfər torpaq mülkiyyətçisinə isə 211 min 261 manat subsidiya verilib. Rayon sakinlərinin təsərrüfatlarında olan 411 baş iribuynuzlu mal-qarada süni mayalanma işləri aparılıb, 355 baş buzov alınıb. Həmçinin kənd təsərrüfatında  əkinçiliyin inkişafı üçün suvarma işlərinin əsas rol oynadığı nəzərə alınaraq mövsüm ərzində bu sahə daim nəzarətdə saxlanılıb. Əhalinin içməli suya olan tələbatını ödəmək, həyətyanı əkin sahələrini suvarmaq məqsədilə 13 yeni subartezian quyusu qazılıb, 2 quyu bərpa edilib. Ötən il ümumilikdə 15 subartezian quyusu rayon əhalisinin istifadəsinə verilib.

Vurğulanıb ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətindən görülən işlər 2019-cu ildə də uğurla davam etdirilib. Rayonun Heydərabad qəsəbəsi və Qaraağac kəndinin hərəsinin 1,5 hektar, Sədərək kəndinin isə 0,5 hektar sahəsi kolkosdan təmizlənib, şumlanıb, ümumilikdə, 13,5 hektar sahədə  yeni meyvə bağı salınıb. İl ərzində 5,5 hektar sahədə meşəsalma və 8 hektar sahədə bərpa işləri aparılıb. Ötən il 14 min 400 ağac əkilib ki,  bunun da 13 min 100-ü meyvə tingi, 1300-ü meşə ağacı olub. Park və xiyabanlara isə 1650 həmişəyaşıl ağac, 8562 ədəd gül kolu əkilib. Bundan əlavə Dəhnə adlanan ərazidə salınan üzüm bağına 220 üzüm kolu salınıb.

Sonra məruzə ətrafında çıxışlar olub.

* * *

2019-cu ildə Culfa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni rayon İcra  Hakimiyyətinin başçısı Siyam Hacıyev açaraq məruzə edib.       

İcra başçısı bildirib ki, 2019-cu ildə muxtar respublika iqtisadiyyatında əldə olunan inkişaf və tərəqqi Culfa rayonunda da özünü  bariz şəkildə göstərib. Rayonda yeni istehsal müəssisələri yaradılıb, məhsul istehsalının çeşidliliyi genişləndirilib. Bunun nəticəsidir ki, ilin nəticələri bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə xeyli artıb.  

İqtisadiyyatın bütün sahələrində səciyyəvi olan  inkişaf və göstərilən dövlət dəstəyi rayonda sənayenin inkişafında mühüm rol oynayıb. 2019-cu  ilin yanvar-noyabr  aylarında rayonda 7 milyon 879 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.            

Rayon iqtisadiyyatında aparıcı sahə olan kənd təsərrüfatının inkişafından danışan  İcra başçısı vurğulayıb ki, ötən il də bu sahə diqqət mərkəzində saxlanılıb. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”  Sərəncama uyğun olaraq 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli şərtlərlə 959 min  850 manat dəyərində 1465 ton mineral gübrə satılıb, 1326 istehsalçıya 571 min 90 manat dövlət yardımı verilib.        

Hesabat ilində sahibkarların kənd təsərrüfatı texnikasına olan tələbatının ödənilməsi üçün də tədbirlər görülüb, 30 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı alınıb sahibkarlara satılıb. Bütün bunlar rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən əkinçiliyin inkişafında əsaslı rol oynayıb. 

     2019-cu ilin payızında  2020-ci ilin məhsulu üçün 6213 hektarı buğda, 1246 hektarı isə arpa olmaqla, ümumilikdə, 7459 hektar sahədə payızlıq səpin aparılıb.

Rayonda kənd təsərrüfatının bütün sahələri ilə yanaşı heyvandarlıq da dinamik olaraq inkişaf etdirilir. Kəndlərdə baytarlıq xidmətlərinin təşkili, baytarlıq xidmətləri üçün infrastruktur obyektlərinin yaradılması və lazımi avadanlıqlarla təchiz edilməsi heyvandarlığın inkişafına şərait yaradıb.

Arıçılığın yüksək gəlir gətirən sahə olduğunu bildirən Siyam Hacıyev diqqətə çatdırıb ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması,  Naxçıvan şəhərində “Arıçılıq məhsulları - bal” festivalının keçirilməsi,  rayonda bu sahənin inkişafını daha da artırmışdır. Əlverişli təbii iqlim şəraitinin olması, arıçılıqla məşğul olan sahibkarlara kreditlərin verilməsi öz müsbət nəticəsini göstərmiş, rayonda arı ailələrinin sayı 13 min 897-ə çatdırılmışdır.

      Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, 2019-cu ildə təkcə makroiqtisadi göstəricilərdə deyil, eyni zamanda təhsil, səhiyyə, mədəniyyət sahələrində də uğurlu nəticələr əldə olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı 2020-ci ildə görüləcək işlərdən qarşıya qoyulan vəzifələrdən, bu vəzifələrin icrasının təmini  məqsədilə dövlət tərəfindən yaradılan əlverişli iş şəraitindən də bəhs edib.

     Sonra çıxışlar dinlənilib.                                                                

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR