04 Avqust 2020, Çərşənbə axşamı


Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən verilən məlumata görə, noyabrın 15-dən başlayan səyyari xidmət dekabr ayının 10-da ilk mərhələsini başa çatdırıb.

Həmin müddət ərzində Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti yaşayan 2000-dən çox vətəndaşa şəxsiyyət vəsiqələri verilib.

Qeyd edək ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində səyyari xidmət 2020-ci ilin əvvəlində də öz işini davam etdirəcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.