12 Avqust 2020, Çərşənbə

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı Ulu Öndərin dahi şəxsiyyət kimi böyüklüyünü və yenilməzliyini, onun xatirəsinə ümumxalq ehtiramını dolğun şəkildə ifadə edən bir sənət əsəridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, həmin mahnının ifaçılıq istedadına malik sağlamlıq imkanları məhdud gənclərin ifasında hazırlanmış klipi də böyük maraqla qarşılanıb. Nazirliyinin dəstəyi ilə hazırlanmış və bu qurumun sosial müəssisələrinin məzunlarının iştirak etdiyi klipdə sağlamlıq imkanları məhdud gənclər Sadiq Həsənov, Qəndaf Əkbərli, Elgiz Babazadə, Türanə Həmidova və Seymur Əliyev öz istedadlı ifaları ilə seçilirlər.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR