25 Yanvar 2020, Şənbə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünalıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Azadə Zamanova, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadənin iştirakçısı olduqları “Azərbaycanın palçıq vulkanları yerləşən rayonlarında yüksək tutumlu ekoloji infrastrukturunun formalaşması” layihəsi Rusiya Təbiət Elmlər Akademiyası tərəfindən 3-cü dərəcəli laureat diplomuna layiq görülüb.

 İnstitutdan  bildirilib ki, layihənin əsas məqsədi Bakının Qaradağ rayonunun Qobustan massivindəki palçıq vulkanlarının fəaliyyətinin nəticələrini tədqiq etmək, eyni zamanda, həmin ərazidə turizm üzrə infrastrukturun yaradılmasına dair torpaq və ekoloji tədqiqatların aparılmasıdır. Tədqiqatların əsas istiqamətləri palçıq vulkanları yayılmış torpaqların ekoloji vəziyyətinə təsirinin öyrənilməsi, davamlı yaşıl bitki örtüyünün yaradılması və ekoloji tarazlığa nail olmaqdan ibarətdir.

Layihədə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya, Dendrologiya, Geologiya və Geofizika institutları iştirak edir.

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR