26 Yanvar 2020, Bazar

Rusiya Elmlər Akademiyasının “Riyazi oyun nəzəriyyəsi və tərkibi” jurnalında dərc edilmiş məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşı, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ağası Məlikovun elmi əsərlərinə istinad olunub.

 İdarəetmə Sistemləri İnstitutundan bildirilib ki, jurnalın 11-ci cildinin 3-cü buraxılışında R.Manikandan və S.Nairin “M/M/1 tipli tətilli xidmət-tədarük, tətil fasilələri və itirilmiş satışlar sistemi” adlı məqaləsi dərc olunub.

Məqalənin müəllifləri qeyd ediblər ki, bu mövzuya ilk dəfə İdarəetmə Sistemləri İnstitutunun teletrafik nəzəriyyəsi laboratoriyasının rəhbəri Ağası Məlikov müraciət edib. Məqalədə azərbaycanlı alimin əsərlərinə 5 istinad verilib.

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR