09 Dekabr 2019, Bazar ertəsi

\

Bu gün “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovun 60 illik yubileyidir.

 Muxtar Məmmədov 1959-cu ildə Ordubad rayonunun Aza kəndində doğulub. Uzun illər kənd məktəbində müəllim işləyən qələm sahibi 18 ildir ki, öz ömrünü media ilə bağlayıb. Bir-birindən maraqlı oçerk, məqalə, müsahibə, reportaj, esselərin, 2 kitabın müəllifi olan  Muxtar Məmmədov gənc jurnalist kadların hazırlanmasında da yaxından iştirak edib.

Bu sahədəki səmərəli faəliyyətinə görə 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. “Şərq qapısı” qəzetinin 90 illik yubiley tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ona Naxçıvan şəhərində yeni mənzil hədiyyə edib.

Bu gün Muxtar Məmmədovu təbrik edənlər sırasında Naxçıvan teleradiosunun əməkdaşları da olub. Kollektiv üzvləri öz jurnalist həmkarlarına yeni yaradıcılıq uğurları və can sağlığı arzulayıb, xatirə hədiyyələri təqdim ediblər.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR