10 Dekabr 2019, Çərşənbə axşamı

Ermənistan ordusunun 2 hərbçisi təmas xəttinin ayrı-ayrı istiqamətlərində minaya düşüblər.

 Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qazaxla sərhəd Tavuş vilayətində müqavilə əsasında xidmət edən hərbi qulluqçu Loris Çobanyan (1975-ci il) minaya düşüb. Berd şəhər xəstəxanasında yerləşdirilən hərbçinin ayağını dizdən aşağı amputasiya ediblər.

Daha bir insident isə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında qeydə alınıb. Əslən Tavuş vilayətinin Çoratan kəndindən olan Abraam adlı əsgər (soyadı dəqiqləşdirilir) minaya düşüb. Hazırda Xankəndi xəstəxanasına yerləşdirilən hərbçinin bir ayağı amputasiya olunub.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR