10 Dekabr 2019, Çərşənbə axşamı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında xaricdə təhsil alan doktorantlar viza rüsumunu və təhsil aldıqları ölkədə qeydiyyat xərclərini özləri ödəyəcəklər.

 Bunu noyabrın 18-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair qaydalarla bağlı mətbuat konfransında Təhsil nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürüləcək. Proqram iştirakçısının aylıq yaşayış xərcləri isə təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən bank hesabına ödəniləcək.

Nicat Məmmədli qeyd edib ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçiriləcək.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR