10 Dekabr 2019, Çərşənbə axşamı

Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunları ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi plana uyğun olaraq başa çatıb.

 

Təlimin üçüncü mərhələsində qəbul edilmiş qərara əsasən praktiki fəaliyyətlərə cəlb edilmiş birinci eşelon bölmələri məhdud görmə şəraitində şərti düşmənin hücumunu dəf edib, artilleriya və aviasiya bölmələrinin atəşi ilə maksimum zərbə endirərək taktiki qrupun hücuma keçməsi üçün əlverişli şərait yaradıb.

Gecənin qaranlığında tank, piyada, mühəndis-istehkam, hava hücumundan müdafiə və tankəleyhinə bölmələr tərkibindən yaradılmış tabor taktiki qrupları ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə hücuma keçərək müdafiəyə soxulmuş düşməni məhv ediblər.

Havanın işıqlanması ilə ehtiyatda olan bir neçə tabor və bölük taktiki qrupları döyüşə salınaraq raket-artilleriya və aviasiya bölmələrinin atəş dəstəyi ilə hücumu dərinliyə doğru inkişaf etdirib, itirilmiş vəziyyəti əlverişli hədlər üzrə bərpa ediblər.

Təlimin yekunu keçirilən zaman bildirilib ki, yaranmış vəziyyəti düzgün qiymətləndirən qərargahlar müasir döyüşün planlaşdırılması, aparılması və idarə edilməsində müsbət nəticələr göstərib, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr gündüz və gecə şəraitində tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.

 Nəriman Nəcəfov

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR