10 Dekabr 2019, Çərşənbə axşamı

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin sonuncu mərhələsində müxtəlif poliqon və təlim mərkəzlərinə çıxarılan birləşmə və hissələrin qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi, o cümlədən atışların praktiki icrası səviyyəsi yoxlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi noyabrın 12-də başlayıb.

Üç mərhələdə keçirilən təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdirilib.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR