10 Dekabr 2019, Çərşənbə axşamı

 ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun buraxılış kurs tələbələri ilə görüşüblər. Görüşdə tələbələrə müxtəlif istiqamətlərdə bakalavriat və magistratura proqramları və video təqdimat əsasında ADA Universitetinin tədris imkanları haqqında məlumat verilib.

 Universitetin əməkdaşları tələbələrə gələcəkdə ADA Universitetində təhsil almaq və kariyera qurmaq biliklərini formalaşdırmaq istiqamətində öz şəxsi təcrübələri əsasında mühazirələr oxuyublar. Tələbələrin fəallığı ilə keçən görüşdə onları maraqlandıran suallar cavablandırılıb.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR