10 Dekabr 2019, Çərşənbə axşamı

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir.
Təlimin ikinci günü qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikanın qəbulu məntəqələri tam həcmdə açılaraq praktik fəaliyyət göstərib. Açılmış məntəqələrdə şəxsi heyət silah və maddi vəsaitlərlə təmin edilərək müxtəlif nəqliyyat vasitələri ilə birləşmə və hissələrin cəmləşmə rayonlarına çıxarılıb.

Hərbi qərar qəbul­etmə prosesinə uyğun olaraq əsas komanda məntəqəsində keçirilən brifinqdə Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı idarə və qoşun növü ­rəislərinin məruzələrini dinləyib, qərarın qəbulu üçün lazımi hesabatların aparılmasına və əlavə tədbirlərin görülməsinə göstəriş verib.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR