16 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd olunub.

“Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan bayrağımızın 70 ildən sonra ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırıldığını qeyd edib. Vurğulanıb ki, bu gün üçrəngli, aylı-ulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır.

Çıxışlar zamanı Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov bildirib ki, Vətənə sədaqətin və hərbi anda sadiqliyin simvolu olan bayrağımız hər birimiz üçün qürur mənbəyidir.

Silsilə tədbirlərdə mədəniyyət kollektivləri, kursantlar, şagirdlər və “Nərgiz” uşaq bağçasının fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirlərin fəal iştirakçıları mükafatlandırılıb.

Nəriman Nəcəfov

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR