10 Dekabr 2019, Çərşənbə axşamı

Noyabrın 4-də İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Bern Yəhudi İcmasının Prezidenti Ralf Fridlender tədbirlə bağlı təəssüratlarını bölüşüb.

Dəvətə görə Azərbaycanın bu ölkədəki səfirliyinə təşəkkürünü bildirən R. Fridlender musiqiçilərimizin təqdim etdiyi konsert proqramından böyük zövq aldığını deyib.

O, həmçinin həmin gün Azərbaycan nümayəndə heyətinin Berndə yerləşən sinaqoqa baş çəkdiyini və orada keçirilmiş görüşü məmnunluqla xatırlayaraq bildirib: “Azərbaycan nümayəndə heyəti sinaqoqumuzu ziyarətə gəlməsi bizim üçün böyük şərəfdir. Bizə Azərbaycanda yəhudilər və müsəlmanlar arasında dinc birgəyaşayışın necə yaxşı səviyyədə olması barədə məlumat verildi. Hesab edirik ki, müsəlmanlar, xristianlar və yəhudilərin birgəyaşayışı üçün Azərbaycan dünyada nümunəvi rola malik bir ölkədir”.

 Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR