13 Noyabr 2019, Çərşənbə

Cəmiyyətin radikal millətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən Ermənistan hakimiyyətinin destruktiv siyasəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə əngəl olur. Bu fikri “İnterfax-Ukrayna” agentliyinə geniş müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib (https://interfax.com.ua/news/interview/621870.html).

“Bütün bu illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhə və təhlükəsizliyə ciddi təhdid olub və bu, davam edir. Münaqişə Cənubi Qafqaz ölkələrinin tam əməkdaşlığına mane olur”, - deyə səfir əlavə edib.

A.Xudiyev bildirib ki, müstəqillik illərində balanslaşdırılmış xarici siyasət, neft və qaz ehtiyatlarından praqmatik istifadə və sosialyönümlü daxili siyasət Azərbaycanı dünyada layiqli hörmətə sahib olan müasir və sabit dövlətə çevirib. Lakin keçmiş Sovet İttifaqından miras qalan və Azərbaycanın xarici siyasətinin ən vacib prioriteti olan Dağlıq Qarabağ münaqişəsi hələ də öz ədalətli həllini tapmayıb.

Səfir müsahibəsində Azərbaycanın uğurlu iqtisadi və sosial layihələri, milli şirkətlərimizin Ukraynada investisiya qoyuluşu barədə geniş faktlara əsaslanıb.

 Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR