10 Dekabr 2019, Çərşənbə axşamı

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bir sıra rəsmi tədbirlərdə iştirak edib.

Daimi nümayəndəliyin rəhbəri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın dəvəti ilə"Sənədlərlə Osmanlı Dövləti və Azərbaycan Xanlıqları münasibətləri" adlı Sərginin açılış mərasiminə qatılıb. Tədbirdə Türkiyə Cumhuriyyəti Prezidenti Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəhbəri cənab Uğur Ünal və digər qonaqlar da iştirak ediblər.

Bəxtiyar Əsgərov həmçinin  Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op və xanımının dəvəti ilə bu ölkənin milli bayramı-Milli Quruluş Günü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Daimi nümayəndəliyin rəhbəri və kollektivi eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi  Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyində olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR