04 Avqust 2020, Çərşənbə axşamı

Konnektikut ştatının Bredli beynəlxalq aeroportunda İkinci Dünya müharibəsi dövründən qalmış təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Federal Mülki Aviasiya İdarəsinin nümayəndələri bildiriblər ki, “Boeing B-17” markalı klassik təyyarə yerli vaxtla saat 09:54 dəqiqədə yerə enməyə cəhd edərkən uçma-enmə zolağında qəzaya uğrayıb.

Təyyarədə 13 nəfər – 10 sərnişin və 3 heyət üzvü olub. Onlardan 7 nəfər həlak olub, 6 nəfər (o cümlədən üçü böhranlı vəziyyətdə) Hartford xəstəxanasına çatdırılıb.

Təyyarə havaya qalxandan 5 dəqiqə sonra pilot dispetçerlə əlaqə saxlayaraq problem yarandığını bildirib. O, təyyarəni geri döndərərək uçma-enmə zolağına qayıtmağa cəhd edib, lakin enmə zamanı pilot təyyarəyə nəzarəti itirib və təyyarə zolağın yaxınlığındakı binaya çırpılıb. ABŞ-ın şimal-şərqindəki ikinci ən böyük hava limanı olan Bredli beynəlxalq aeroportu qəzadan dərhal sonra bağlanıb. Federal Mülki Aviasiya İdarəsinin nümayəndələri bildiriblər ki, İkinci dünya müharibəsi dövründən qalmış “Boeing-B17” təyyarəsi mülki şəxs tərəfindən qeydiyyata alınıb və o, hərbi mütəxəssislər tərəfindən idarə olunmayıb. Təyyarə “Azadlıq qanadları” turizm turunun mülkiyyəti olub. Qəza səbəblərinin araşdırılması davam edir.

AZƏRTAC