11 Dekabr 2019, Çərşənbə

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təşkilatın təsis olunmasının onuncu ildönümü münasibətilə açıqlama yayıb.

Türk Şurasının Baş katibi Bağdad Amreyevin adından yayılan acılamada diqqətə çatdırılır ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin imzalandığı 3 oktyabr tarixi əlamətdar bir gündür. Bu münasibətlə 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd olunur.

 Açıqlamada təşkilatın fəaliyyət istiqamətinə toxunulur və diqqətə çatdırılır ki, 2018-ci il sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü təşkilatın fəaliyyətinin daha da genişlənməsinə təkan verib. Qeyd edilir ki, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması və Macarıstanda Türk Şurasının ofisinin açılması təşkilatın fəaliyyətinin genişlənməsinə mühüm təsir göstərir. Açıqlamada, həmçinin Türk Şurasına üzv ölkələr arasında ayrı-ayrı sahələri əhatə edən əməkdaşlıq sayəsində əldə olunan nəticələr, həyata keçirilən layihələr, eləcə də üzv ölkələr tərəfindən təsis olunan yeni qurumların funksiyaları barədə məlumat verilir.

Bundan başqa, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün tarixi əhəmiyyətindən bəhs olunur.

AZƏRTAC

 

 

 

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR