17 Oktyabr 2019, Cümə axşamı

Regionda davam edən ardıcıl zəlzələlər Ermənistandakı istismar vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının (AES) yaratdığı təhlükəni yenidən gündəmə gətirib. Türkiyə ictimaiyyəti, xüsusilə də ölkənin şərq və cənub-şərq bölgəsinin ictimai fəalları yenidən həyəcan siqnalı səsləndirməyə başlayıblar.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal mövzu ilə bağlı fikirlərini AZƏRTAC-a bölüşərək deyib ki, Ermənistan hökuməti tərəfindən istismar müddəti 2026-cı ilədək uzadılan Metsamor AES hətta aşağı dərəcəli zəlzələlərə qarşı dayanıqlı deyil. 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra dəfələrlə qəzalı vəziyyətə düşən Metsamor heç bir texniki standarta uyğun olmadan fəaliyyət göstərir. Türkiyənin şərq bölgəsində xərçəng xəstəliyinin sürətlə artmasının səbəbi Metsamor AES-in zəhərli radioaktiv tullantılarıdır. Baş verəcək zəlzələ və yaxud texniki qəza regionda ekoloji fəlakət yaradacaq. Avropa İttifaqı təcili olaraq Metsamor AES-in fəaliyyətinin dayandırılması və zərərsizləşdirilməsi üçün Ermənistana təzyiq etməlidir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR