10 Dekabr 2019, Çərşənbə axşamı

İcmaların iştirakı ilə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlanıb. Həmin proqramın tərkibində ekocığırların inkişafı komponenti də yer alıb.

Bu sözləri Regional Ekoloji Mərkəzin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova jurnalistlərə açıqlamasında deyib.

“Ekoturizmin inkişafı ilə əlaqədar iki ildir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edirik. “Ekodəhlizlərin yaradılması” layihəsi çərçivəsində Şahdağ Milli Parkında müvafiq işlərə başlanılıb. Ekoturizm proqramının hazırlanmasında əvvəllər icmalar cəlb olunmurdu, bu ilin may-iyul aylarında bu proqrama icmaları dəvət edib onlara təlimlər keçdik,” – deyən M.Şükürova layihə barədə məlumat verib.

“Bizim layihənin əsas funksiyası infrastrukturların salınmasıdır. Belə ki, cığırlar yaradılarkən lövhələr qoyulmalı, turistlərin gecələməsi üçün yerlər yaradılmalıdır. Hazırda mütəxəssislər yerlərdə çalışırlar. Oktyabrın 20-nə kimi işlər yekunlaşacaq. Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da tətbiq olunacaq. Hazırda həmin milli parkda 50-ə yaxın turistik cığır mövcuddur. Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində turistik cığırların salınması istiqamətində işlər davam etdirilir. Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq. Burada turistlər endemik və "Qırmızı kitab"a düşən fauna nümunələrini görə biləcəklər”, - deyə M.Şükürova qeyd edib.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR