18 Noyabr 2019, Bazar ertəsi

Türkiyə Respublikasının Van şəhərində 26-29 sentyabr tarixlərdə ənənəvi olaraq keçirilmiş “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” başa çatıb.
16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti təmsil edib.
Artıq 10-cu ildir keçirilən sərgidə Ermənistanın saxta, oğurluq mədəniyyətinin nümayiş etdirilməsinin qarşısı nümayəndə heyəti tərəfindən alınıb və Ermənistan bu il öz yalançı və olmayan mədəniyyətini, turizmini Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən ifşa olunacağından qorxduğu üçün bu il sərgidə iştirak etməkdən imtina edib.
Sərgidə 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi təmsil olunub. Ölkəmizin ilk dəfə olaraq iştirak etdiyi sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi turistlərin marağını xüsusilə cəlb edib. Stenddə muxtar respublikanın tarix-mədəniyyət abidələrinin böyükölçülü fotoşəkilləri nümayiş etdirilib, quraşdırılmış monitor vasitəsilə diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış 1000-ə yaxın Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub.
Muxtar respublikada istehsal olunan yerli məhsularımızdan “Sirab”, “Badamlı”, duz və Naxçıvanın digər brend məhsulları beynəlxalq sərgidə nümayiş etdirilib. Turizm Departamentinin əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ingilis və türk dillərində geniş məlumatlar verilib. Sərgi çərçivəsində xairici ölkə nümayəndələri ilə çoxsaylı görüşlər də keçirilib, muxtar respublikaın turizm potensialı təbliğ edilib.

Xəbərlər şöbəsi

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR