15 Oktyabr 2019, Çərşənbə axşamı

19 sentyabr 2019-cu il tarixdə start verilən təlimə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı cəlb edilib. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.

Təlimin ilk günü “Dövlət qulluğunda etika” adlı mövzuya uyğun olaraq etik qaydalarla bağlı qanunvericilik, dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmalar, etik davranış qaydalarına dair müzakirələr məqsədilə qruplarla iş aparılıb və təlimin keyfiyyətinin qiymətləndirilməsi üçün anonim sorğu keçirilib.
Növbəti gün “Peşə etikası və etiket qaydaları” adlı mövzuya dair mərkəzin direktoru Sevinc Cabbarovanın slaydların müşayiətilə çıxışı dinlənilib. Etiketin ümumi qaydaları, peşəkar davranış etiketinin ümumi müddəaları, kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi ilə əlaqədar tapşırıqlar verilib, mövzuların müzakirəsi aparılıb.
Sonra ekspert qismində Maliyyə Nazirliyi əməkdaşlarının mövzu ilə bağlı çıxışları dinlənilib. Bildirilib ki, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkar səviyyədə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə vətəndaşların dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir.
Sonda təlimdə iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR