21 Sentyabr 2019, Şənbə

Muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı diqqətdə saxlanılır. İyul ayında bu nəqliyyat vasitəsilə ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 42 min tondan artıq müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 12 mindən artıq sərnişin daşınmışdır.
Ötən ay vaqonlarda və lokomotivlərdə cari təmir işləri görülmüş, Culfa Lokomotiv Deposunda loko­motivlər texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda müxtəliftipli yük və sərnişin vaqonlarında cari təmir işləri aparılmışdır. Həmçinin baş və stansiya yollarında, eləcə də yağış və leysan sularının maneəsiz ötürülməsi üçün dağüstü kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda, alçaq və yüksəkgərginlikli elektrik­ötürücü hava və təmas şəbəkəsi xətlərində təmir işləri aparılmış, dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR