21 Sentyabr 2019, Şənbə

Muxtar respublikamızda əhalinin artan tələbatları arasında sərnişin nəqliyyatı mühüm yer tutur. Xüsusən blokada ucbatından ölkəmizin paytaxtı Bakı şəhəri ilə nəqliyyat əlaqələrinin qaydaya salınması ilə istər muxtar respublika sakinləri, istərsə də buraya səyahət edən turistlər daha çox bu nəqliyyat növündən istifadə edirlər. Mövsümi olaraq əhalinin hər iki istiqamətdə hərəkətinin artdığı dövrlərdə avtobus reyslərinin artırılması pik günlərdə sərnişin sıxlığı problemini, demək olar ki, həll edib.
Ötən günlərdə Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində hərəkət edən avtobusların xidmətlərindən xeyli sayda sərnişin istifadə edib. Bu barədə Naxçıvan Şəhər Avtovağzalından aldığımız məlumatda bildirilir ki, təkcə cari ilin avqust ayı ərzində Naxçıvandan Bakıya getmək üçün avtobus nəqliyyatından istifadə edənlərin sayı 4 min nəfərə yaxın olub. Belə ki, ayrı-ayrı günlərdə gündüz və gecə reysləri üzrə 5-6 avtobus yola çıxıb. Aldığımız məlumatda o da qeyd olunur ki, bu müddətdə əks-istiqamətdə də eyni intensivlik müşahidə edilir. Sərnişinlər arasında, xüsusən vaxt itkisinin qarşısının alınması üçün gecə saatlarında yola çıxmaq istəyənlərin sayı daha çoxdur. Naxçıvan Şəhər Avtovağzalından başqa muxtar respublikamızın Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərindəki avtovağzallarda da bilet satışının təşkili sərnişinlərin bu nəqliyyat vasitəsindən istifadəsinə əlverişli şərait yaradıb. Bu yaxınlarda Naxçıvan Şəhər Avtovağzalında və eləcə də Bakı şəhərindəki beynəlxalq avtovağzalda gömrük nəzarəti xidmətinin təşkil olunması sərnişinlərin sərhəd-keçid məntəqələrində rahat hərəkət etmələrinə imkanlar yaradıb. Bu səbəbdən avtobuslarla yola çıxanlar arasında ortayaşlı insanlarla yanaşı, uşaqlar və yaşlıların da sayı ­artmaqdadır.
Naxçıvan Şəhər Avtovağzalında Bakıya yola düşən sərnişinlərin bəziləri ilə həmsöhbət olduğumuzda onlar təşkil olunmuş xidmətlərdən razılıqlarını dilə gətirdilər. Sərnişinlərdən Tahirə Hüseynəliyeva, Hidayət Məmmədov və digərləri rahat, təhlükəsiz və sərfəli olduğundan bu marşrutdan istifadəyə üstünlük verdiklərini bildirib insanların rahatlığı üçün yaradılmış şəraitə görə minnətdarlıq etdilər.

 Əli CABBAROV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR