27 Fevral 2020, Cümə axşamı

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında “Ən yaxşı kəş­fiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiy­yatçı-qumbaraatan” adı uğrunda yarış təşkil edilib.
Əvvəlcə yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb, hərbi topoqrafiyadan normativlər qəbul olunub. Sonra mühəndis hazır­lığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktik yerinə yetiriblər.
Ən yaxşı kəşfiyyatçı-qumbara­atan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktik atışları icra ediblər. Yarışın əsas mərhələsindən sonra fiziki hazırlıqdan normativlər götürülüb.
Nəticələrə əsasən “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” adına əsgər Sabir Əliyev və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adına əsgər Fərdi Məmmədov layiq görülüb. Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR