07 Dekabr 2019, Şənbə

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Pro­qramı çərçivəsində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) təşkilatçılığı ilə məşqçilər üçün seminar (Coaching Seminar in the framework of the IWF Development Program 2019) təşkil olunub. Tədbirdə məruzəçilər qismində dünyaca məşhur ağır atletika mütəxəssisləri Kolin Bakli (İrlandiya) və Eduard Andryuşkeviç (Latviya) çıxış ediblər. Nəzəri və praktik seminarda Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın məşqçi qatılıb.
Üç gün davam edən seminarda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin məşqçi-müəllimi Şəfi Hüseynov da iştirak edib.
Seminar zamanı “Yeni nəsil məşqçiliyi”, bərpa tapşırıqları, idmançıların yerinə yetirdikləri klassik hərəkətlərin alman sistemi əsasında video texniki-təhlili, yığma komandanın təlim-məşq proseslərinin izlənməsi, Avropa Ağır Atletika Federasiyasının məşqçilik strukturu (EWF Ağır Atletika Akademiyası) və digər aktual məsələlər üzrə nəzəri və praktik sessiyalar keçirilib.
Bundan başqa, dünya ağır atletikasında məşqçiliklə bağlı baş verən yeniliklər barədə məlumat verilib. Sıx interaktivlik şəraitində keçən mühazirələrdə çox sayda suallar cavablandırılıb, yerli məşqçilərin fikirləri dinlənilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR