07 Dekabr 2019, Şənbə

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq ali təhsil ocağının Tibb fakültəsinin tələbələri qardaş ölkədə yay istehsalat təcrübəsi keçiblər.
Ərzurum Atatürk, Trabzon Qaradəniz Texnik, Ərzincan Binəli Yıldırım, Kayseri Erciyes universitetlərinin kliniki xəstəxanalarında iyulun 8-dən 19-na qədər davam edən təcrübədə, ümumilikdə, 122 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Müalicə işi, Tibbi profilaktika, Əczaçılıq və Stomatologiya ixtisasları üzrə tələbələr hər gün qruplar üzrə Cərrahiyyə, Pediatriya, Təcili Tibbi Yardım, Kardiologiya, Ginekologiya və Terapiya bölmələrində praktik məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Onlar universitetlərin Cərrahiyyə, Stomatologiya, Qulaq-burun-boğaz ixtisasları üzrə öz bilik və bacarıqlarını artırıb, həkimlərin xəstəxanada keçdikləri mühazirələri dinləyiblər.
Qardaş ölkədə xüsusi qayğı ilə əhatə olunan tələbələrə sertifikatlar təqdim edilib.

Təcrübə dövründə tələbələr olduqları şəhərlərin mədəniyyət mərkəzləri və tarixi abidələri ilə də tanış olublar.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texnik Universiteti arasındakı müqaviləyə əsasən müştərək konfranslar, tələbə və rezident mübadilələri, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub və bu günədək həmin istiqamətdə ardıcıl addımlar atılıb. Universitetlərarası qarşılıqlı əlaqə, təcrübə mübadiləsi tələbələrin gələcəkdə bilik və ­bacarıqlarının artırılmasında, yüksək­ixtisaslı kadr kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR