19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Əsgər Əsgərov açaraq geniş məruzə edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq üçün cari ilin birinci yarısında meliorasiya və irriqasiya tədbirlərinin miqyası artırılıb, istismar, təmir və tikinti işləri həyata keçirilib. Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 59,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Bu tədbirlərin davamı olaraq Yurdçu kəndi ərazisində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.
Bildirilib ki, muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlara 291,4 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 160 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 134 min 716 hektar torpaq sahəsi su ilə təmin olunub.

Qeyd edilib ki, bəhs olunan dövrdə torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması və torpaqların suvarılmasının səmərəliliyinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib.
Kanal və arxların sukeçirmə qabiliyyətini artırmaq, su itkilərini aradan qaldırmaq üçün davamlı olaraq lildən təmizləmə işləri yerinə yetirilib, ­təmir-bərpa və tikinti işləri görülüb.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə arxlarda yenidənqurma işləri aparılıb, yeni arxlar qazılıb istifadəyə verilib. Şahbuz rayonunun Türkeş kəndi ərazisində 400 metr, Ordubad rayonunun Dəstə kəndində isə 200 metr yeni arx çəkilib, Aza kənd arxının 150 metr hissəsinin yeri dəyişdirilib.
Bu gün muxtar respublikanın şəhər və rayonlarında 336 kəhriz istismar olunmaqdadır. Ötən dövrdə kəhrizlərin təmir-bərpası diqqət mərkəzində saxlanılıb, 7 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə iş davam etdirilib.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin 6 ayı ərzində Maşın-Mexanizmlərin və Hidrotexniki Qurğuların Təmiri və Texniki Nəzarət İdarəsinin təmir sexlərində təmirə ehtiyacı olan müxtəlif markalı 5 avtomaşın, 1 avtokran, 2 ekskavator, 2 buldozer, 1 qazma aqreqatı, 1 mancanaq, 2 əks-klapan, 5 elektrik mühərriki, 20 su sayğacı, 2 nasos, 106 müxtəlifadlı nasos hissəsi təmir edilib, 585 yeni nasos hissəsi hazırlanıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən­ qurulması” layihəsi çərçivəsində bir sıra işlər görülüb.
Məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459289
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2245
1580
2245
123330
4459289

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter