19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan söhbət açıb. Qasım Əliyev Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birbaşa rəhbərliyi altında muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində genişmiqyaslı işlərin görülməsindən danışıb.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı ardıcıl işlər həyata keçirilib, eləcə də qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri аpаrılıb.
Ali Məhkəmənin sədri çıxışında vətəndaş­ların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla, bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə geniş yol açıb.

Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən normativ-hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərin yaradılması zəruriliyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkilinə dair” 2011-ci il 15 iyul tarixli Fərman imzalayıb. Ali Məclis Sədrinin dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini təmin etmək üçün mövcud məhkəmələrin inzibati binalarında müvafiq infra­strukturun qurulması işinə 2015-ci ildən başlanılıb və hazırda bu sistem Naxçıvan Muxtar Respublikasında tətbiq olunmaqdadır.
Qasım Əliyev Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib. Ali Məhkəmədə “İdeyadan başlanğıca” devizi altında startapların həyata keçirilməsi və dəyərləndirilməsi məqsədilə ekspert qrupu yaradıldığını, bu istiqamətdə tələbələrlə çoxsaylı görüşlər keçirildiyini, onlarla fikir mübadiləsi aparıldığını bildirib.
Sonda çıxışlar olub.

*  *  *

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi göstəricilərin 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artımında dövlət vergi orqanlarının da mühüm rolu olub. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda çıxış edən Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoza 108,7 faiz icra edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz çoxdur. Ümumilikdə, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 36,8 faizi dövlət, 63,2 faizi isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 20 min 300 manat və ya 20,6 faiz artıb ki, bu da sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin nəticəsidir. Belə ki, muxtar respublikanın rayonlarında kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub.
Vurğulanıb ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövrü ərzində 20 kommersiya hüquqi şəxs, 2327 fiziki şəxs ­sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 72,7 faizi muxtar respublikanın rayonlarının payına düşür.
Bildirilib ki, proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib. Vergi borclarının alınması sahəsində nəzarətin gücləndirilməsi və aparılmış maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində Vergilər Nazirliyi 2019-cu ilin birinci yarım ilini də vergi borcu olmadan başa vurub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə toplanan vəsait 144,8 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsinə toplanan vəsait 139,5 faiz icra olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları 4 milyon 277 min manat və ya 12,3 faiz, işsizlikdən sığortahaqqı isə 134 min manat və ya 14,1 faiz çox olub.
Qeyd edilib ki, hesabat dövründə verilmiş tapşırıqların icrası istiqamətində tələbələrin startap layihələrinin dəyərləndirilməsi məqsədilə Vergilər Nazirliyində ekspert qrupu yaradılaraq hamiliyə götürülmüş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin İqtisad fakültələrinin tələbələri ilə görüş keçirilib.
Sonda çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını nazir Bəhruz Bayramov açaraq bildirib ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir. 1 iyul 2019-cu il tarixə muxtar respublikanın 87 kəndində mövcud olan ailə təsərrüfatlarında 5 min 997 baş mal-qara, 35 min baş xırdabuynuzlu heyvan, 8 min 712 baş quş, 4 min 700 arı ailə­si, 3 min 61 hektar əkin sahəsi, 47 hektar meyvə bağı, 7,8 hektar üzüm bağı, müxtəlif təyinatlı 32 kənd təsərrüfatı maşın və mexanizmi vardır.
Qeyd olunub ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309-u 2019-cu ilin yanvar-iyul aylarında olmaqla, cəmi 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib. Onlardan 172-si lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 2-si isə nağd yolla satılıb. Ümumilikdə, muxtar respublika üzrə 3377 texnika və aqreqat mövcuddur ki, onlardan 354-ü “Naxçıvan Aqrolizinq” ASC-də, qalanları isə hüquqi və fiziki şəxslərdədir.
Görülmüş işlərin nəticəsidir ki, 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 133 milyon 451 min manat olub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov açaraq bildirib ki, muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonunu əhatə edən bu layihə üzrə artıq mövcud 21 Daewoo və Karel tipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəzlənib, 5 stansiya tələbat olan açıq ərazilərdə montaj edilib. Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin 5-ci mərhələnin icrası ilə bağlı Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə bağlanmış müqavilədə Naxçıvan-Qıvraq-İbadulla-Sədərək, Duzdağ-Şahbuz, Naxçıvan-Əbrəqunus və Culfa-Əbrəqunus istiqamətlərində alternativliyi təmin edən İP bazalı çox protokollu kommutasiya sisteminin qurulması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, həyata keçirilən səmərəli tədbirlər 4-cü nəsil Naxtel abunəçilərinin say artımına real zəmin yaradıb. Hazırda Naxtel istifadəçilərinin sayı 80 mini ötüb. Naxtelin maddi-texniki bazasının möhkəmləndirilməsi və təqdim edilən mobil xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 5 yeni baza stansiyası və ehtiyat məlumat hesablama sistemi alınıb. Hazırda baza stansiyaların və məlumat hesablama sisteminin quraşdırma-tənzimləmə işləri həyata keçirilir. Eyni zamanda Şərur rayonu­nun Şahbulaq kəndində Naxtel mobil xidmətləri istifadəyə verilib.
Vurğulanıb ki, ötən dövrdə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən pensiya ödənişlərinin avtomatlaşdırılması, bələdiyyə rüsumlarının və Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının yığılması üçün proqram təminatı hazırlanıb.
Nazir bildirib ki, hesabat dövründə ixtisaslı kadrların hazırlanması işi də diqqətdə saxlanılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən iclası giriş sözü ilə komitənin sədri Vaqif Rəsulov açaraq bildirib ki, cari ilin ötən dövründə Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi” yaradılıb. 2018-ci ildən icrasına başlanılmış “Statistik Məlumatlar Sistemi” nin elektron bazası və proqram təminatının hazırlanması və tətbiqi istiqamətində mühüm işlər görü­lüb, iyun ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə sistemin təqdimatı keçirilib.
Qeyd olunub ki, yeni sistemdə tətbiqi server avadanlıqları, serverlər üçün əməliyyat və təhlükəsizlik sistemləri, köməkçi avadanlıqlar və lisenziyalar, eləcə də statistika idarələri və internet şəbəkəsi üzərindən müvafiq lokal və virtual arabağlantılar qurulub. İqtisadi fəaliyyətin 18 istiqaməti üzrə 259 adda statistik hesabatın proqram təminatını əhatə edən yeni sistemin əsas üstünlüyü proqramların muxtar respublikanın statistika işçiləri tərəfindən idarə olunması və təsərrüfat subyektləri tərəfindən daxil edilmiş hesabatlar üzrə məlumatların elektron bazasının yaradılmasıdır.
Komitə tərəfindən muxtar respublikada sosial-iqtisadi inkişafla bağlı görülmüş işlər və nəticələr haqqında təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində dərc etdirilməsi istiqamətində cari ilin ilk altı ayı ərzində, ümumilikdə, 47 adda təhlili, o cümlədən 7 tematik material hazırlanıb.
Vurğulanıb ki, ötən dövr ərzində şəhər və rayon statistika idarələri ilə birlikdə, ümumilikdə, 11 min 74 təsərrüfat subyektindən 32 min 142 sayda hesabat yığılıb. Bunların da 100 faizi onlayn rejimində təqdim olunub.
Vurğulanıb ki, iş planına uyğun olaraq ötən dövr ərzində statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan 1954 hüquqi şəxsin göstəricilərinin aktuallaşdırılması nəzərdə tutulmuş vaxtda başa çatdırılıb, müvafiq göstəricilər dəqiqləşdirilib. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmayıb.
Komitə aparatının müvafiq şöbələri tərəfindən 13 adda statistik bülleten və digər təhlili məruzələr hazırlanıb. Cari ilin birinci yarısında sosial-iqtisadi inkişafa dair aylıq məruzələr hazırlanaraq aidiyyəti orqanlara təqdim edilib. 2019-cu ilin ilk 6 ayı ərzində komitəyə, ümumilikdə, 321 müxtəlifməzmunlu sənəd daxil olub və icrası vaxtında təmin edilib.
Məruzələr ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459460
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2416
1580
2416
123501
4459460

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter