19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində keçirilmiş kollegiya iclasında çıxış edən agent­liyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında aidiyyəti orqanlarla yanaşı, agentliyə də müvafiq tapşırıqlar verilib.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin ilk altı ayı ərzində agentlik qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələrinə uyğun olaraq müvafiq işlərin icrasını həyata keçirib. Belə ki, 2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında verilmiş tapşırıqların icrası istiqamətində müvafiq işçi qrupu 98 halda sahibkarlarla görüş keçirib və istehsal olunan məhsulların ixracı üçün davamlı tədbirlər görüb. Qeyd olunub ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müvafiq orqanların nümayəndələri ilə birgə, ümumilikdə, idxal olunan 1653 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 83 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” üzrə ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi, keçirilən sərgilərdə ailə təsərrüfatı məhsullarının nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanması, ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılmasının və markalanmasının təşkil olunması diqqətdə saxlanılıb. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üzrə cari ilin ilk altı ayı ərzində məhsullardan 265 halda nümunələr götürülərək laboratoriyaya təqdim olunub, sınaqların nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Cari ilin ilk altı ayı ərzində, ümumilikdə, muxtar respublika üzrə 194 ailə təsərrüfatına məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməklik göstərilib.
Qeyd edilib ki, bəhs olunan dövrdə keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğu diqqətdə saxlanılıb. Ümumilikdə, məhsulların 780 halda, o cümlədən qida məhsullarının 722 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunub. 2019-cu ilin ilk altı ayı ərzində standartların tələblərinə uyğun olmayan, ümumilikdə, 4381 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb. Həmçinin yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 161 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.
Qarşıdakı dövrdə verilmiş tapşırıqlara da toxunan agentliyin direktoru vurğulayıb ki, gələcəkdə ailə təsərrüfatlarında istehsal edilən məhsulların növ və çeşidlərinin artırılması istiqamətində işləri davam etdirməli, yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunmalıdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyində keçirilən iclasda agent­liyin baş direktoru Hikmət Əsgərov çıxış edib.
Vurğulanıb ki, muxtar respublikada 2019-cu ilin birinci yarısında əhali arasında sığorta mədəniyyətinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. İdarə, müəssisə və təşkilatlarda sığortanın mahiyyəti və əhəmiyyəti ilə bağlı mütəmadi olaraq yığıncaqlar keçirilib, vətəndaşlara, sahibkarlıq müəssisələrinə sığortanın ayrı-ayrı növləri ilə əlaqədar bildiriş vərəqələri verilib, məlumatlandırma işi aparılıb.
Qeyd olunub ki, 2019-cu ilin aprel ayında Dövlət Yol Polisi İdarəsi ilə birlikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının icrası vəziyyəti müzakirə olunub, bu sığorta növünün həyata keçirilməsində fərqlənən polis əməkdaşları mükafatlandırılıblar. Bundan əlavə, 2019-cu ilin aprel ayında sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortasının həyata keçirilməsinin vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinin və rayon, şəhər yanğın təhlükəsizlik idarələrinin əməkdaşları ilə birlikdə müşavirə keçirilib. Hesabat dövründə agentlik Sədərək, Şərur və Babək rayonlarında İcra hakimiyyətləri ilə birlikdə “Sığorta işinin təşkili, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirə, Şərur, Culfa, Babək rayonlarında isə maarifləndirici tədbirlər keçirib.
Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial­-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş “Aqrar sahədə sığortanın tətbiqi ilə bağlı tədbirlərin gücləndirilməsi” tapşırığına əsasən 2019-cu ilin birinci yarısında agentlik tərəfindən kənd təsərrüfatı bitkilərinin sığortası ilə əlaqədar ayrı-ayrı vətəndaşlar, fermer təsərrüfatları arasında izahat işi aparılıb. Şərur, Şahbuz, Kəngərli, Babək rayonlarının kəndlərində səyyar xidmət qrupu tərəfindən sığorta xidməti göstərilərkən bütün sığorta növləri, o cümlədən kənd təsərrüfatı məhsullarının sığortasının mahiyyəti barədə fermerlərlə, kənd təsərrüfatı məhsulları istehsalçıları arasında maarifləndirmə işi həyata keçirilib. 2019-cu ilin 6 ayında 625 vətəndaşa məxsus kənd təsərrüfatı bitkilərinin məhsulunun sığortası aparılıb.
Qeyd olunub ki, bu ilin birinci yarısında sığorta işinin həcmi 9,2 faiz artıb. Muxtar respublikada 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci yarısında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 737 ədəd artıb. Daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı isə 2019-cu ilin birinci yarısında 750 ədəd artıb.
Sonra çıxışlar olub.

*  *  *

Naxçıvan Dövlət Texniki Kollecində yarım ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclası giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq bildirib ki, 2019-cu ilin birinci yarısında dərslərin əksəriyyəti kabinə və laboratoriya şəraitində keçilib, tələbələrin əyani vəsaitlərdən istifadə etməsinə şərait yaradılıb. Tədris planına əsasən bütün kurslarda yoxlama yazı işləri həyata keçirilib, kredit sistemi ilə təhsil alan qruplarda isə hər tədris ilində təlimata uyğun olaraq 3 kollekvium təşkil olunub. Kollekviumlar və yoxlama yazı işlərinin nəticələri ümumiləşdirilib və tələbələrin hazır­lıq səviyyəsini yaxşılaşdırmaq, lazımi nəticələr çıxarmaq üçün təhlil edilib. Kollecdə tədris prosesinin plan əsasında aparılması öz səmərəsini verib.
Qeyd edilib ki, hesabat dövründə yeni Elektrik təchizatı, İstilik təchizatı və istilik texnikası avadanlıqları ixtisaslarında təhsil alan tələbələr üçün 2 yeni fənn kabineti yaradılıb. Ötən yarım il ərzində 8 ixtisas üzrə hami təşkilatlarla mütəmadi olaraq treninqlər, açıq dərslər təşkil edilib və istehsalat təcrübələri həmin hami təşkilatlarda keçirilib. Bu da kollecdə kadr hazır­lığında görülən işləri stimullaşdırmaqla tələbələrin öz ixtisaslarını mükəmməl öyrənmələrinə müsbət təsir göstərib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, tələbələrin innovasiya mühitinin formalaşması üçün Naxçıvan Dövlət Texniki Kollecində İnnovasiya laboratoriyası (İnnolab) yaradılıb. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə tələbələrlə “İdeyadan biznesə” devizi altında tədbir keçirilib.
Diqqətə çatdırılıb ki, 2018-2019-cu tədris ilində əyani şöbədən 97, qiyabi şöbədən 12 tələbə olmaqla, ümumilikdə, 109 tələbə məzun olub. Onlardan 8-i fərqlənmə diplomuna layiq görülüb. Kollecin tələbələri müxtəlif tədbirlərdə, intellektual və idman oyunlarında, müsabiqələrdə yaxından iştirak edərək uğurlar qazanıblar.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR