19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Davud Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək hərbi xidmətə yola salınanları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar ­arzulayıblar.

Valideyn Vüqar Bağırzadə çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Vüsal Əsgərov Vətənə layiqincə xidmət edəcəklərini bildirib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir çağırışçı üçün ən müqəddəs borcdur. Xalq-ordu birliyi imkan verir ki, bu gün hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənimizə ləyaqətlə xidmət edərək müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə öz töhfələrini versinlər.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxışında bildirib ki, indi Azərbaycanın güclü ordusu var. Ordumuzun hərtərəfli təminatı imkan verir ki, əsgərlərimiz öz xidməti vəzifələrini layiqincə yerinə yetirsinlər. İdarə rəisi diqqətə çatdırıb ki, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə birgə döyüş atışlı təliminin keçirilməsi də sübut etdi ki, Milli Ordumuz istənilən döyüş tapşırığının yerinə yetirilməsinə hazır­dır. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər məhz belə güclü ordunun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.

 Səbuhi HƏSƏNOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR