23 İyul 2019, Çərşənbə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib. İclasda Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, ötən yarım il ərzində xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması diqqətdə saxlanılıb. İlin birinci yarısında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Milli Qurtuluş Günü, filosof-şair İmadəddin Nəsiminin 650, görkəmli ədib Cəlil Məmmədquluzadənin 150, Azərbaycan mədəniyyətinin dəyərli simalarından olan Ərtoğrol Cavidin 100 illik yubileyləri ilə bağlı çoxsaylı silsilə tədbirlər keçirilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının, bununla əlaqədar keçiril­miş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı nazirlikdə iş aparılıb, ekspert qrupu yaradılıb. Aprelin 19-da nazirlik aparatının, nazirliyə tabe olan müəssisələrin rəhbərlərinin və ekspert qrupu üzvlərinin iştirakı ilə görüş keçirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirlikləri tərəfindən təsdiq edilmiş qrafikə əsasən hesabat dövründə muxtar respublikanın müxtəlif muzeylərindən ümumtəhsil məktəblərinin şagirdləri və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün, ümumilikdə, 12 distant dərs keçilib.
Nazir deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar Şahbuz, Babək rayonlarında və Naxçıvan şəhərində olmaqla, 3 Xalq yaradıcılığı günü tədbiri keçirilib.
Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokholmda keçirilən I Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak edərək birinci yerə layiq görülüb, Stokholmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış edib.
Cari ildə də muxtar respublikada ənənəvi xalq teatrları festivalı keçirilib. Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Bakı şəhərində keçirilən III Respublika Xalq Teatrları Festivalında II yerə layiq görülüb.
Hesabat dövründə nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılıb, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilib. Dövr ərzində 4 kollegiya iclası keçiri­lib, 4 məsələ müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Məruzə ətrafında müzakirələr olub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclasda komitənin sədri Ramilə Seyidova məruzə ilə çıxış edərək bildirib ki, komitə cari ildə nəzərdə tutulmuş vəzifələrin həlli istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərib. Belə ki, müvafiq statistik məlumatlar alınaraq toplanılıb, məlumat bazası yenilənib, uzunömürlü 323 ailə haqqında məlumatlar yaradılan məlumat bazasına əlavə edilib.
Hesabat dövründə aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan 589 qadınla müvafiq söhbətlər aparılıb, 25 qadının peşə kurslarına cəlb olunması üçün məlumat­lar müvafiq orqanlara göndərilib. Özünü­məşğulluğun təmin edilməsi məqsədilə sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin əl işlərinin satışına köməklik göstərilib, 26 qadının 150 əl işi satılıb. Bu dövr ərzində, ümumilikdə, 7 aztəminatlı ailəyə baş çəkilib. Muxtar respublikanın 6 kənd mərkəzində 347 qadının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin həyata keçirilməsi ilə bağlı açılış konfransı olub. May ayında 289 qadının iştirakı ilə “Maliyyə savadlılığı” üzrə “Gələcəyini planlaşdır” təlimləri keçirilib. İyun ayında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində 66 qadının iştirakı ilə 4 təlim keçirilib.
Qeyd edilib ki, Naxçıvan Biznes Mərkəzində “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda 145 qadının iştirakı ilə tədbir təşkil olunub.
2019-cu ilin 6 ayı ərzində valideyn himayəsindən məhrum olmuş 9 uşağın uçotu aparılıb. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 26 min 866 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası təşkil edilib. Bəhs olunan dövr ərzində komitə tərəfindən təşkil edilən müsabiqələrdə və bayram günlərində bütün kateqoriyadan olan uşaqlara 76 diplom, 325 fəxri fərman, 644 hədiyyə verilib.
Sonra məruzə ətrafında çıxışlar ­dinlənilib.

*  *  *

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasında komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, komissiya tərəfindən 2019-cu ilin 6 ayı ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 5 qərarı ləğv etdirilib.
Qeyd olunub ki, ötən dövrdə müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim edib. Uğur qazanmış 106 namizəddən 100-nün sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib. Onlardan 99-u iddia etdikləri vəzifələrə təyin olunub, 1 namizəd təklif olunan vəzifədən imtina edib, müvafiq keçid balını toplamış 6 namizəd ehtiyat kadr siyahısına salınıb.
2019-cu ilin ilk 6 ayında muxtar respublikanın Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsində xidmətə, habelə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilən test imtahanlarında sənəd təqdim edən 252 namizəddən 240-ı iştirak edib, 113 nəfər müvafiq keçid balını toplayıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində və şahmat məktəblərində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası diqqətdə saxlanılıb, komissiya tərəfindən iki startap layihəsinin – “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin və “DQMK.NMR.AZ” mobil tətbiqinin təqdimat mərasimləri keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclasda limanın direktoru Mənşur Gülməmmədli çıxış edərək bildirib ki, hava limanında vətəndaşlara xidmətin nümunəvi təşkili məqsədilə uçuşların və aviasiya təhlükəsizliyinin, yerüstü vasitələrin, xidmətlərin beynəlxalq standartlara, o cümlədən tövsiyə olunan beynəlxalq təcrübəyə uyğunlaşdırılması prosesi tənzimlənib. Enmə, işıq-siqnal sistemləri, yan təhlükəsizlik, son tormozlama zolaqları, meteoroloji avadanlıqlar və sair qurğularla təmin olunması nəzərdə tutulan uzunluğu 3300 metr, eni 45 metr olan uçuş-enmə zolağının 2019-cu ilin ikinci yarısında təhvil verilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, aeroportun maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalın fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter alıb. Sərnişin və yükdaşımalarda yüksək keyfiyyətin əldə olunması, habelə səmərəliliyin artırılması, mədəni xidmət bütün personalın diqqət mərkəzində ­saxlanılıb.
Qeyd olunub ki, hava gəmilərində xidmətin səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində xüsusi avtonəqliyyat xidmətinə ən müasir maşın-­mexanizmlərin alınıb istismara verilməsi prosesi bu ilin ilk yarısında da davam etdirilib. Sərnişinlərin qeydiyyat prosesinin sürətləndirilməsi üçün “SİTA qeydiyyat pro­qramı” daha müasir beynəlxalq standartlara cavab verən “Amadeus proqramı” ilə əvəz olunub.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin ilk yarısında muxtar respublika əhalisinə xidmətin yaxşılaşdırılması məqsədilə Şahbuz şəhərində müasir aviakassa binası istifadəyə verilib. Binada ən yeni texnoloji avadanlıqlar quraşdırılıb, qabaqcıl idarəetmə sistemi ­yaradılıb.
Mənşur Gülməmmədli göstərilən dövlət qayğısına görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4294016
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1036
5501
6537
125374
4294016

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter