20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Gənclər Mərkəzində dünən ikinci startap layihəsinin –“DQMK.NMR.AZ” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, bu gün muxtar respublikada gənclərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Gənclər Fondu “Səyyar dövlət qulluğu könüllülüyü layihəsi” çərçivəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal şəkildə əməkdaşlıq edir, könüllü gənclər üçün müxtəlif mövzularda təlimlər keçirir.
Komissiyanın sədri İsmayıl Qəribli qeyd edib ki, bu gün təqdimatı olan “DQMK.NMR.AZ” mobil tətbiqi ilə bağlı layihə muxtar respublikanın dövlət orqanları arasında ilk dəfə həyata keçirilən yeni bir layihədir. Vətəndaşlar “DQMK.NMR.AZ” mobil tətbiqini “Android” əməliyyat sistemi ilə işləyən mobil qurğular vasitəsilə yükləyə bilərlər. Mobil tətbiqin yaradılmasında əsas məqsəd komissiyanın fəaliyyətinin daha geniş kütlələrə çatdırılması, vətəndaşların elektron xidmətlərdən istifadəsinin asanlaşdırılması və çevikliyin təmin olunmasıdır.

Tətbiqin üstünlüklərindən də danışan İsmayıl Qəribli bildirib ki, gələcəkdə mobil tətbiqin imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.
Sonra mobil tətbiqin hazırlanması üçün elan olunmuş startap müsabiqəsinin qalibi, Naxçıvan Dövlət Universitetinin magistri Əziz Qasımov slayd vasitəsilə mobil tətbiq barədə geniş məlumat verib. Bildirib ki, “DQMK.NMR.AZ” mobil tətbiqi iki hissədən – əsas və köməkçi səhifələrdən ibarətdir.
Əsas səhifədəki “Xəbərlər və elanlar” bölməsində komissiya tərəfindən həyata keçirilmiş tədbirlər və müsabiqələr barədə məlumatlar yerləşdirilib. “Namizədlərin nəzərinə” bölməsində müsabiqə elanları, imtahan qrafikləri və nəticələri öz əksini tapır. “Əsas bölmələr” səhifəsi “Faydalı məlumatlar”, “Aktual keçidlər” və “Naxçıvanın turizm potensialı” yarım­bölmələrindən ibarətdir. “Faydalı məlumatlar” yarım­bölməsində test imtahanı və müsahibənin keçirilmə qaydaları, vakant vəzifələrin tutulma şərtləri, müəllimlərin işə qəbulu, qiymətləndirilmə bölmələri özünə yer alıb. “Aktual keçidlər” yarım­bölməsində isə muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarının portal və saytlarına keçid, normativ-hüquqi aktların əldə edilməsi üçün keçidlər, “Naxçıvanın turizm potensialı” yarım­bölməsində muxtar respublikada olan tarixi abidələr, mehmanxanalar, muzeylər, restoran və kafelər barədə məlumatlar yerləşdirilib.
Əsas səhifədəki sonuncu bölmə “Startap layihələrinin qəbulu” adlanır. Bu bölmə vasitəsilə hər bir şəxs ideya, təklif və layihələrini komissiyada yaradılmış innovasiya və startapların dəstəklənməsi mərkəzinə onlayn olaraq göndərə bilər. Köməkçi səhifə isə “Elektron xidmətlər”, “Qanunvericilik”, “Mətbuat xidməti”, “Komissiya ilə əlaqə” və “Komissiya haqqında” bölmələrdən ibarətdir.
Sonda layihə rəhbəri Əziz Qasımov mükafatlandırılıb, yeni layihələrlə bağlı müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4278520
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1485
5856
31685
109878
4278520

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter