19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda ümummilli liderin əziz xatirəsinə həsr edilmiş sərgiyə baxış olub. Rəngkar­lıq, qrafika, dekorativ-tətbiqi sənət nümunələrinin əks olunduğu sərgidə 30-dan çox əsər nümayiş etdirilib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi süquta uğratmaq planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda Azərbaycanın dünya birliyinə qovuşması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ümummilli liderin siyasi xətti bu gün layiqincə davam etdirilir.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdullayev “Böyük missiyanı gerçəkləşdirən siyasi düha” adlı çıxışında bildirib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə nəsib olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Vurğulanıb ki, ölkədə sabit­liyə məhz 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail olunub. Məhz ulu öndərin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçilik əleyhinə yönəlmiş qəsdlərdən uğurla çıxıb.
Tələbələrin bədii qiraəti dinlənildikdən sonra “Milli qurtuluşdan intibaha” adlı film nümayiş olunub, konsert proqramı təqdim edilib.

Səadət ƏLİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4457156
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
112
1580
112
121197
4457156

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter