01 İyun 2020, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, münasibətlərimizin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı mühüm işlərin görüldüyünü və artıq yaxşı nəticələrin əldə edildiyini bildirib. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təəssüratı, turizm və digər sahələrdə nailiyyətlər əldə edildiyini vurğulayaraq, bütün bunların ölkənin davamlı iqtisadi inkişafı üçün yaxşı əsas yaratdığını deyib.
Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han Azərbaycanı Avropa İttifaqı üçün aparıcı tərəfdaş ölkələrdən biri kimi qiymətləndirib və Avropa İttifaqının ölkəmiz ilə bütün sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

AZƏRTAC

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR