27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Zabit heyətinin təkmilləşdirilməsi kursunun başa çatması münasibətilə keçirilən buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə zabit Mehman Gülməmmədov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif ixtisaslar üzrə dərslər keçilib. Kursa cəlb edilmiş zabitlərin peşəkarlıqları real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da artırılıb.
Məzunlar söz veriblər ki, kursda qazandıqları yeni taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcək, ordumuzun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, peşəkar hərbçilərin yetişdirilməsinə xidmət edən digər kurslar kimi zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur. Kurslar zamanı hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqları daim artırılır. Təbii ki, bütün bunlar da hərb işinə verilən yüksək qiymətdən xəbər verir.

Sonra kursu uğurla başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunların yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırılıb. Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda məzunlarla xatirə şəkli çəkdirilib.

Nəriman NƏCƏFOV