22 Avqust 2019, Cümə axşamı

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvanın iqtisadi-siyasi, sosial, mədəni, bir sözlə, hərtərəfli dinamik inkişafı onu əcnəbilər üçün də olduqca maraqlı bir diyara çevirir. Atılan hər bir uğurlu addım muxtar respublikamıza gələn əcnəbilərin rahatlığına hesablanıb.  

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti muxtar respublikaya daxil olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqətiolma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və iş icazələrinin müddətlərinin uzadılması, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri ilə məşğul olur.
Bu gün muxtar respublikamızda fəaliyyət göstərən əməkçi miqrantların çalışdıqları iş yerlərində iş icazəsinə malik olmalarının araşdırılması, onların əmək fəaliyyətlərinin qanuniliyinə nəzarət edilməsi Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətləri sırasındadır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əcnəbilərin muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması da diqqət mərkəzində saxlanılır. Əməkçi miqrantların muxtar respublika ərazisində qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılır. Ötən ay “Sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və kadr hazırlığı” mövzusunda keçirilən tədbir də bu məqsədlə təşkil edilmişdi.

2018-ci il 31 yanvar tarixdə “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın imzalanması muxtar respublikamızda turizmin inkişafı üçün sərhəd-keçid prosedurları sadələşdirmək və sürətləndirməklə bu işi Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən birinə çevirib.
Dövlət Miqrasiya Xidmətinin qarşısında duran vəzifələrdən biri də çoxsaylı tranzit miqrantların ölkə ərazisində məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçid kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanındakı sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha keyfiyyətli şəkildə həyata keçirilməsinə başlanılıb. Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində elektron məlumat köşkləri yerləşdirilib.
İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, Naxçıvan Beynəlxalq Hava Limanından xarici reyslərin, eləcə də Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətinin təşkili muxtar respublikamıza turist kimi gələn miqrantların sayının artmasında mühüm rol oynayıb. Bu səbəbdən də sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində, Naxçıvan və Culfa sərnişin vağzalı binalarında miqrasiya xidmətlərinin həyata keçirilməsi üçün vacib işlər görülüb. Belə ki, ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınması proseduru sadələşdirilib.
Ötən dövr ərzində qurumun maddi-texniki bazası və infrastrukturu inkişaf etdirilib, fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, elektron informasiya resursları formalaşdırılıb. Xidmətin yenilənmiş rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi dünyanın müxtəlif yerlərindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət­etmə imkanı yaradır və miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında böyük rol oynayır. Dövlət Miqrasiya Xidmətində vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə yaradılmış “202 – Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti miqrasiya sahəsi üzrə müraciətlərin cavablandırılmasında mühüm əhəmiyyət kəsb edir.
Xidmət tərəfindən əcnəbilərin maarifləndirilməsinə, eləcə də muxtar respublikamızın tarixi, mədəniyyəti ilə bağlı məlumatlar əldə etmələrinə də daim diqqət göstərilir. Belə ki, mütəmadi olaraq muxtar respublikada müvəqqəti olan və yaşayan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə müxtəlif maarifləndirmə tədbirləri keçirilir, tarixi abidələrə və muzeylərə ekskursiyalar təşkil olunur.
Xidmətin daha bir yeniliyi isə inzibati binada müasir sistem – dil laboratoriyasının yaradılmasıdır. Ölkələrdə çoxsaylı istifadəçiyə malik olan bu sistem artıq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində də yaradılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi beynəlxalq standartlara cavab verir. Mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə hər cür lazımi şərait yaradılıb.
Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində miqrasiya sahəsində yeni nailiyyətlər ­qazanılır.
Yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, mərkəzi icra hakimiyyəti orqanı kimi hər zaman dövlətə, dövlətçilik ənənələrinə sadiq olan Dövlət Miqrasiya Xidmətinin kollektivi öz səlahiyyətləri çərçivəsində qarşısına qoyulmuş vəzifələri bundan sonra da vaxtında və uğurla yerinə yetirməyə çalışacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4476518
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5159
5835
19474
140559
4476518

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter