27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

2019-cu ilin may ayının son 15 günü ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli Qərarı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsinin təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 noyabr tarixli 109 nömrəli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası” ləğv edilmişdir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli Qərarı ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin təsdiq edilməsi barədə” 2014-cü il 22 may tarixli 48 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.