17 Sentyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Dövlət Nəqliyyat Xidməti tərəfindən “İdeyadan başlanğıca” layihəsi çərçivəsində “Nəqliyyat könüllüləri” layihəsi həyata keçirilib.

Layihə bir ay müddətində iki mərhələdə təşkil edilib. İlk mərhələ şəhərdaxili nəqliyyatda sürücülər və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər, ikinci mərhələdə isə şəhərlərarası ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər arasında reallaşdırılıb. Dövlət Nəqliyyat Xidməti əməkdaşlarının müşayiəti ilə qruplar şəklində təbliğat xarakterli məlumatları ictimai nəqliyyat vasitələrindən istifadə edən sürücü və sərnişinlərə çatdıran könüllülər sürücüləri daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa, sərnişinləri isə yol hərəkətinin təhlükəsizliyi qaydalarına məsuliyyətlə yanaşmağa, avtobuslardan istifadə edərkən ­avtobusdaxili qaydalara və səliqə-sahmana riayət etməyə çağırıb, sürücü və sərnişinlərə bukletlər paylayıblar.

Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin hamiliyə verilmiş müvafiq ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə təşkil olunan layihənin sonunda keçirilən görüşdə xidmətin rəisi Əli Hüseyn­əliyev çıxış edərək qarşıya qoyulan vəzifələrin icrası istiqamətində həyata keçirilən “İdeyadan başlanğıca” layihəsi çərçivəsində “Nəqliyyat könüllüləri” adlı layihənin təşkilindən, eləcə də könüllülük fəaliyyətinin tərbiyəvi əhəmiyyətindən danışıb. O, layihədə iştirak edən könüllü gənclərin fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra layihədə fəal iştirak edən könüllülərə diplom və oxunması zəruri olan kitablar təqdim edilib.

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR