27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən aprel ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün qurulması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. 

“Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmiş, çempionatda iştirak edəcək komandalar müəyyənləşdirilmişdir. Həmçinin Naxçıvan şəhərindəki uşaq bağçalarında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu davam etdirilmiş, Naxçıvan Tibb Kollecində “Mən də proqramçı olmaq istəyirəm” adlı proqramlaşdırma təlimi, Rəssamlar Parkında “İncəsənət döyüşü” adı altında rəsm müsabiqəsi, “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublika zona birinciliyi, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika çempionatı keçirilmişdir. Göygöl rayonunda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatında Naxçıvan komandası birinci yerə layiq görülmüşdür.
“Naxçıvanı tanıyaq” devizi altında tədbirlər davam etdirilmiş, gənclərin tarixi abidə və muzeylərə ekskursiyaları təşkil olunmuşdur. Həmçinin “Dostluq həftəsi” adı altında İran İslam Respublikasının gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində gənclərin Naxçıvan şəhərinin gəzməli-görməli yerləri, tarixi­-mədəniyyət nümunələri ilə tanışlığı təmin edilmişdir. Muxtar respublikada yaradıcı gənclərin aşkar olunması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, muxtar respublikanın tarixinin və turizm potensialının təbliği məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yaradıcı gənclər” festivalı təşkil olunmuşdur. Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında təmizlik aksiyası keçirilmiş, gənclər ətraf mühitin qorunmasında fəallıq göstərmişlər. “Gənclik” Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin IX-XI sinif şagirdlərinə “Biz ali məktəbə hazırlaşırıq” devizi altında “Şagirdlərin ali məktəblərə hazır­lanmasına psixoloji dəstək” təlimi keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı işlər davam etdirilmişdir. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların döyüş qabiliyyətlərinin formalaşdırılması, silahlar haqqında bilik və bacarıqlarının artırılması məqsədilə atış təlimi keçirilmişdir.
Ötən ay idman sahəsində kütləviliyin təmin olunması üçün “Naxçıvan Muxtar Respublikası – 95” və “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizləri altında müxtəlif idman növləri üzrə muxtar respublika açıq birincilikləri keçirilmişdir. Həmçinin “Naxçıvan” Universitetinə 1 dəst tatami döşəyi verilmişdir. Muxtar respublika idmançılarının müxtəlif idman növləri üzrə keçirilən Azərbaycan çempionatlarında və “Böyük İpək Yolu” X beynəlxalq boks turnirində iştirakı təmin edilmiş və uğurlu nəticələr əldə olunmuşdur. Ölkə çempionatlarında və beynəlxalq turnirlərdə uğurla çıxış edən idmançılarımız Azərbaycan birinciliyində 14, beynəlxalq turnirdə 1 olmaqla, ümumilikdə, 15 medal qazanmışlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti