19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində keçirilən konfransda muxtar respublikada arıçılıqla məşğul olan iri təsərrüfat sahibləri, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, AMEA Zoologiya İnstitutu, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Türkiyənin Bursa Uludağ Universiteti, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Peşəkar Arıçılar Birliyi, Gəncə Dövlət Universiteti, ARTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzi, AMEA Naxçıvan Bölməsi, Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Xidmətinin əməkdaşları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub. Bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının idxal və ixracına əlverişli şərait yaradılır.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov “Muxtar respublikada arıçılığın müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edib. Çıxışda qeyd edilib ki, arıçılığın inkişafı üzrə aparılan çoxsaylı tədbirlər nəticəsində 1 yanvar 2019-cu il tarixə muxtar respublikada 72 min 350 arı ailəsi mövcud olub ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur.
Türkiyənin İqdır Universitetinin Kənd təsərrüfatı fakültəsinin dosenti Hakkı Akdeniz arıçılığın ən mühüm problemləri, Azərbaycan Dövlət Pedaqoji Universiteti, biologiya elmləri doktoru, professor Rauf Sultanov mövcud arı xəstəlikləri haqqında məlumat veriblər.
Sonra konfrans bölmə iclasları ilə davam etdirilib.
Konfransın sonunda arıçı mütəxəssislərə sertifikatlar təqdim olunub.
Sonra muxtar respublikanın arıçılıq təsərrüfatları və emal müəssisələri ilə tanışlıq olub.

Səadət ƏLİYEVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR