19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasında oxuyan tələbələrlə görüş keçirilib. Görüşdə nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”, eləcə də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamları elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına stimul yaradıb. Aprel ayının 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən hami təşkilatlar və hamiliyə verilmiş qurumlar arasında intensiv olaraq görüşlər keçirməklə qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə edilməsi, kadrların ixtisas üzrə təcrübi bilik və bacarıqlarının artırılmasına nail olunması vəzifələri qarşıya qoyulub. Hami təşkilatlarla ali təhsil müəssisələri arasındakı bu əlaqələr yeni ideya mübadiləsinə və innovasiyaların yaranmasına əlavə təkan verəcəkdir.

Rəşad Seyidov startap haqqında ətraflı məlumat verərək bildirib ki, təhsil müəssisələrinin müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların yetişdirilməsinə, onların öz ideyalarını təcrübədə tətbiq etmələrinə dəstək olmaqdan ibarətdir. Bu sahədə də hami təşkilatların qarşısına qoyulan vəzifə muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə nail olmaqdır. Bu cür layihələrə dövlət tərəfindən xüsusi qayğı ilə yanaşılır və layihələrin “İdeyadan başlanğıca” çevrilməsi üçün bütün lazımi dəstək göstərilir.
Görüşdə nazirliyin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovniki Hikmət Əliyev polisin vəzifələri barədə məlumat verib.
Sonra tələbələr nazirliyin binasında yaradılmış müasir iş şəraiti və maddi-texniki bazası, kriminalistik tədqiqatların aparılması qaydaları ilə əyani tanış olublar.
“Təhlükəsiz şəhər” sistemi ilə əyani tanışlıq da tələbələrdə böyük maraq doğurub.

 Muxtar MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR