19 Sentyabr 2019, Cümə axşamı

Muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı diqqətdə saxlanılır. Aprel ayında dəmir yolu nəqliyyatı vasitəsilə ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 28 min tondan çox müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 mindən çox sərnişin daşınmışdır.
Ötən ay vaqonlarda və lokomotivlərdə cari təmir işləri görülmüş, Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilmişdir. Həmçinin baş və stansiya yollarında, eləcə də yağış və leysan sularının maneəsiz ötürülməsi üçün dağüstü kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda, alçaq və yüksəkgərginlikli elektrik­ötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılmış, dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilmiş, alçaq və yüksəkgərginlikli elektrikötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılmışdır.


“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyəti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR