22 Noyabr 2019, Cümə

14-15 may tarixlərdə Fransanın Lion şəhərində Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş “Araz çayı son preistoriya dövründə (körpü, yoxsa sərhəd)” başlıqlı beynəlxalq konfrans keçirilib.
Fransa Milli Araşdırmalar Mərkəzi və Təbriz İslam İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, dosent Katerine Maro, arxeoloq Savaş Sarıaltun, Nikolas Gailhard və Marie Orange tərəfindən Naxçıvanın qədim mədəniyyətləri ilə bağlı altı məruzə edilib.
Məruzələrdə Naxçıvantəpədəki arxeoloji qazıntılar, Sirabçay vadisinin abidələri, Duzdağ, obsidianların tədqiqi ilə bağlı məlumat verilib.
Konfransdakı məruzələrin tezisləri kitab şəklində nəşr olunub.

Xəbərlər şöbəsi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR