24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı gənclərdir.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində gənclərə daim qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bu barədə demişdir ki, gənclərimiz milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, onu sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.
Azərbaycan gəncliyi dünyanı heyrətə gətirməyi bacaran gənclikdir. Onun sədası sərhədlər aşır, ölkələr dolaşır. Əfsanəvi Mübariz İbrahimov bir anda nəinki öz adını, həm də Azərbaycanın adını tarixə yazdı. Birinci Avropa oyunlarında Vətənimin himni dəfələrlə səsləndirildi, bayrağı qaldırıldı, səmada dalğalandı. Bütün bunların müəllifi Azərbaycan gəncliyidir.
Tarixdən də şahidi olmuşuq ki, istər müstəqillik əldə etmək istəyəndə, istər torpaqlarımızın müdafiəsində, istərsə də ölkəmizin ölkə­lər arasında idman, təhsil, musiqi sahələrində tanınmasında gənc­lərimizin rolu əvəzsiz və danılmazdır. Bu gün Azərbaycan gəncliyi hər bir sahədə öz sözünü deməyi bacarır. Buna biz hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda şahid olduq. O zaman gənclərimiz Şərqdə ilk dəfə demokratik respublikanın yaranmasına nail oldular. Mübariz gənclərimiz öz adlarını Azərbaycan tarixinə sala bildilər. Sonralar biz bunu 71 il Sovet hakimiyyətinin əsarəti altında qalan, lakin əzilməyən xalqımızın yenidən müstəqil Azərbaycan yaratmaq istəyində də gördük. 20 Yanvar hadisələrində qorxmadan, çəkinmədən düşmənin tankı altında, gülləsi qabağında öz canından keçən məgər Azərbaycan gəncliyi deyildimi? Azərbaycan gəncliyi bir daha şanlı tarixə öz adını həkk etdirdi.

Müasir gənclər siyasətinin banisi ümummilli liderimiz Heydər Əliyev həmişə çıxışlarında deyirdi ki, bizim bugünkü gəncliyimiz sağlam­düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz öz xalqına, dövlətinə daim xidmət etməlidir.
Gəncliyin sağlam ruhlu, savadlı, dünyagörüşlü, bacarıqlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və uğur onlarla bir addımlayır.
Hər bir sahədə dünya ölkələrinin rəğbət və nüfuzunu qazanan Naxçıvan gənclər siyasəti sahəsində də sözünü deyə bildi. Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənc­lər Paytaxtı seçilməsi sabahımıza, etibarlı gələcəyimizə göstərilən diqqətin, qayğının və etimadın daha bir ifadəsi və gənc­liyimizin qələbəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri etibarlı gələcəyi sağlam gəncliyin formalaşmasında görür, bu sahəyə daim qayğı göstərir. Muxtar respublikamızda yaradılan şərait gənclərimizin sağlam yaşaması, təhsil alması və dəyərli vətəndaş kimi yetişməsi üçün geniş imkanlar yaradır. Fəxr edirik ki, Naxçıvan gəncliyi ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçir.
Biz gənclər sabaha daha inamla, ümidlə gedirik. Bilir və inanırıq ki, hələ qarşıda çoxlu qələbələr var. O qələbələrin yaradıcısı, sahibi daim qalibiyyət kürsüsündə olmağa adət etmiş Azərbaycan gəncliyidir.
Bu gün mən məktəbliyəm. İstər tanıdığım gəncləri, istərsə də digər uğur əldə etmiş gəncləri gördükdə düşünürəm ki, biz gənclər Azərbaycanın gələcəyiyik. Bizə göstərilən qayğıya, bizim üçün yaradılan şəraitə görə dövlətimizə həmişə minnətdarıq. Biz gənclər tariximizi, ədəbiyyatımızı, coğrafiyamızı mükəmməl öyrənməli, hansı sahədə olursa-olsun Azərbaycanımızı layiqli şəkildə tanıtmalıyıq.

Xuraman Məmmədtağıyeva
Ordubad şəhər 1 nömrəli tam orta
məktəbin X sinif şagirdi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301567
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2917
5670
14088
132925
4301567

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter