27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan­-2019” Beynəlxalq Şahmat Festivalında iştirak edən zəka sahiblərinin gərgin və inadlı mübarizəsi davam edir. Onlardan aldığımız növbəti müsahibələri sizə təqdim edirik.
Nicat Abasov – azərbaycanlı qrossmeyster: – Artıq beşinci dəfədir ki, Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalında iştirak edirəm. Təşkilatçılıq çox yüksək səviyyədədir. Deyərdim ki, Avropada keçirilən çox yarışlardan yaxşı təşkil olunub. Naxçıvan şəhərinin isə ayrı bir özəlliyi var: şəhər təmiz, gözəl və sakitdir. Azərbaycanın digər guşələrindən çox seçilir. Təbii ki, şəhərin özünəməxsusluğu var.
Şahmatçılar bu turnirə sevə-sevə gəlirlər ki, mən də onların sırasındayam. Bu festivalın təqvimdə xüsusi bir yeri var. Blits-turnirə gəlincə, çox maraqlı və gərgin yarış keçdi. Son tura qədər kimin qalib gələcəyi məlum deyildi. Sonda şans mənim tərəfimdə oldu və blits-turnirin çempionu adını qazandım.
Tornike Sanikidze – gürcüstanlı qrossmeyster: – Düzdür, əvvəllər ölkənizdə bir dəfə olmuşam, lakin Naxçıvana ilk səfərimdir. Turnir barədə digər həmkarlarımdan məlumat aldım və qatılmağa qərar verdim. Etiraf edək ki, festivalda güclü şahmatçılar mübarizə aparır. Bu, bizim üçün əlavə stimuldur, çünki rəqiblərin güclü olması turnirin səviyyəsindən xəbər verir. Təşkilatçılıq yüksək səviyyədədir. Şəhərin sakit olması isə şahmat oynamaq üçün əlverişlidir. Deyə bilərəm ki, cəmi bir həftə ərzində burada olsam da, Naxçıvanı çox sevdim.
Zaur Qasanov – rusiyalı FİDE ustası: – Naxçıvana ikinci səfərimdir. İlk dəfə qardaşımı müalicə məqsədilə Duzdağ Fizioterapiya Mərkəzinə gətirmişdik. Deyim ki, möcüzəvi duz mağarasındakı müalicənin güclü effektiv təsirini gördük. İndi isə festivalda iştirak etmək üçün Rusiyanın Novorossiysk şəhərindən anamla bura gəlmişəm. Turnir barədə onu deyə bilərəm ki, burada çox güclü şahmatçılar mübarizə aparır. Hər oyun turnir cədvəlindəki mövqeyi dəyişə bilər. Odur ki, hər bir görüşə yaxşı hazırlaşıram. Naxçıvan şəhəri gözəl və sakitdir. Təşkilatçılıq isə mükəmməldir.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4021014
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1291
2657
1291
103396
4021014

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter