23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Məlum olduğu kimi, dünən ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı start götürüb. Festivalda iştirak edən naxçıvanlı zəka sahiblərinin, eyni zamanda Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun ­fikirlərini öyrəndik.
Faiq HƏSƏNOV – Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti: – Cari ildə keçirilən şahmat festivalı digərlərindən çox fərqlənir. İlk olaraq başqa ölkələrdən gələn iştirakçılar Naxçıvanın necə qonaq­pərvər bir diyar olduğunu görürlər. Nəticədə, digər şahmatçıların da bu festivala marağı ilbəil artır. Yüksək reytinqli şahmatçıların da Naxçıvana üz tutması səbəbindən turnirin səviyyəsi də ildən-ilə yüksəlir. Etiraf edək ki, ilk dəfə təşkil olunarkən xeyli çətinliklər yarandı – şahmatçıları bura dəvət etmək heç də asan olmadı. Çünki Naxçıvanı tanımırdılar və turnirin necə keçəcəyini bilmirdilər. İndi isə bütün şahmatçıların özləri bizə şahmat festivalında mübarizə aparmaq üçün müraciət edirlər. Biz bu festival barədə məlumat yaydıqdan dərhal sonra müraciətlər başlayır. Artıq deyə bilərəm ki, Naxçıvan özünü dünya arenasında şahmat məkanı kimi tanıdıb və FİDE-də ən reytinqli festivallardan biridir. Hazırda keçirilən festivalı digərlərindən fərqləndirən başqa cəhət əhatə dairəsinin genişlənməsidir. Belə ki, ilk dəfədir, bu festivalda Amerika Birləşmiş Ştatlarından olan şahmatçı da iştirak edir. Bildiyiniz kimi, ABŞ çempionatı çox güclüdür və orada ilk 10 pilləni tutan şahmatçılar beynəlxalq turnirlərdə, yarışlarda çıxış edirlər. Həmin şahmatçı da onlardan biridir.

Urfan SEVDİMALIYEV – qrossmeyster: – Artıq 9-cu dəfədir ki, Beynəlxalq Şahmat Festivalında iştirak edirəm və bunların dördündə mükafatçılar sırasına düşmüşəm. Belə bir festivalın muxtar respublikamızda təşkil olunması möhtəşəm bir hadisədir. Biz şahmatçılar reytinqli turnirlərdə mübarizə apardıqca oyun təcrübəmiz artır. Bir daha belə bir mötəbər turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Toğrul HƏSƏNZADƏ – beynəlxalq usta: – Bu festivalın başlamasını hər bir şahmatçı kimi, mən də səbirsizliklə gözləyirdim. Çünki Naxçıvanda təşkil olunan turnir şahmatçılarımızda bayram əhval-ruhiyyəsi yaradır. Burada iştirak etməklə oyun təcrübəmizi artırır, həm də digər ölkələrin şahmatçıları ilə dostluq münasibətləri yaranır. Belə bir festivalın keçirilməsi Naxçıvanda şahmata və şahmatçılara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Pərviz QASIMOV – FİDE ustası: – Kiçik yaşlarımdan belə mötəbər festivalda iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Festivalda bizim qazancımız beynəlxalq təcrübə toplamağımız və əcnəbi şahmatçılara qarşı layiqli mübarizə aparmağımız, ölkəmizin adını yüksəklərə qaldırmağımızdır. Uzun illərdir ənənə halını alan bu turnir bir daha onu göstərir ki, Naxçıvanda şahmatın inkişafı üçün hər bir imkan yaradılıb. Cari festivalda uğur qazanıb muxtar respublikanın şahmat ənənələrini layiqincə davam etdirəcəyimə inanıram.
Sadiq MƏMMƏDOV – FİDE ustası: – FİDE-nin reytinqində ən yaxşı festivallardan hesab olunan turnirdə iştirak etmək qürurvericidir. Festivalda “A” qrupunda mübarizə aparıram və burada dünyanın bir çox tanınmış şahmatçıları ilə qarşılaşacağam. Onlarla eyni şahmat taxtası arxasında mübarizə aparmaq mənə çox təcrübə qazandıracaq. Keçirəcəyim görüşlərdə qalib gəlib mükafatçılar sırasına düşməyə çalışacağam.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4008578
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2812
4717
16068
90960
4008578

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter